224 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlandı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın dörd rayonu və bir şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Ağcabədi rayonu Şənlik kəndində, İsmayıllı rayonu Qəzli kəndi ilə Göytəpə kəndi arasında yerləşən yaşıllıq ərazidə, Göygöl rayonu Xəqani bələdiyyəsinə məxsus torpaq sahəsində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 5 ünvanında meşə fonduna daxil olmayan, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Beyləqan rayonu ərazisində meşə fonduna daxil olan, ümumilikdə 224 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 65 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 222-3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












