270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib

Mina təhlükəsi yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır.
Avtosfer.az xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, məhz bu səbəbdən bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.
“2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu problemin həlli istiqamətində irimiqyaslı addımlar atıb. 2020-ci ilin noyabr ayından bəri 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - deyə Vüqar Süleymanov vurğulayıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












