300 balı siyahıda yox idi: 627 balla tələbə oldu

Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 balla Naxçıvan Dövlət Universitetinin (NDU) "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunub. Lakin diqqət çəkən əsas məqam təkcə onun yüksək bal toplaması deyil, imtahan qaydalarındakı xüsusi fürsətdən yararlanaraq əldə etdiyi nəticədir.
Avtosfer.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, o, aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplasa da, rəsmi olaraq maksimum bal toplayan məzun kimi elan olunmamışdı.
Səbəb isə abituriyentin məktəbdə tədris olunan xarici dildən fərqli bir dil üzrə imtahan verməsi idi.
DİM məsələyə aydınlıq gətirərək bildirmişdi ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur:
"Əhməd Hüseynov buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.
H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Amma bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq".
Qaydalara əsasən, bu bal onun universitet müsabiqəsində tam nəzərə alınıb. Beləliklə, buraxılış imtahanının nəticəsinə görə 300, blok imtahanından isə 327 toplayan Əhməd qəbul balını 627-yə yüksəldib. Abituriyent bu bal ilə arzuladığı ixtisasa qəbul olub.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












