32 min turist avtobuslardan, 12 min turist isə metrodan narazı qalıb

Bu ilin yanvar-oktyabr aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 538 min 453 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Avtosfer.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 154 min 985 nəfəri və ya 10%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 31 min 521 turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.
Bundan başqa 27 min 857 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 23 min 388 turist taksi xidmətindən, 15 min 917 turist bələdçi xidmətlərindən, 14 min 394 turist yerləşmə xidmətindən, 12 min 306 turist isə metro xidmətindən narazılıq edib.
Qeyd edək ki, 2024-cü ilin də eyni dövründə ən çox narazılıq avtobusla sərnişin daşınması sahəsində qeydə alınıb. Ötən ilin ilk 10 ayında 40 min 543 nəfər bu xidmətdən narazı qalıb. Bu il bu göstərici 31 min 521 nəfərə enib. İctimai iaşə xidmətlərində narazıların sayı isə son bir ildə 36 min 247 nəfərdən 27 min 857 nəfərə, bələdçi xidmətlərində narazılıq 20 min 667 nəfərdən 15 min 917 nəfərə, yerləşmə xidmətlərində isə 16 min 664 nəfərdən 14 min 394 nəfərə enib./yeniavaz
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










