363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO

363 min manat ödəyib çıxarışıla aldığı mənzil indi sahibinə ciddi problem yaşadır.
Avtosfer.az xəbər verir ki, Şahsuvar Əhədov deyir ki, 2024-cü ildə Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzili Gündüz Gözəlovdan alıb.
Alqı-satqı rəsmi qaydada həyata keçirilib, pul ödənilib və mənzil vətəndaşın adına rəsmiləşdirilib. Şahsuvar Əhədov deyir ki, mənzili alarkən üzərində hər hansı borc, ipoteka və yaxud da girov olmayıb.
Şahsuvar Əhədov mənzilin keçmiş sahibinə müraciət etdikdə isə onun borcunun olduğunu öyrənib və iddiasına görə, Gündüz Gözəlov borcu icra şöbəsinin iştirakı ilə ödədiyini bildirib. Hətta ödənişin tam icra edilməsi ilə bağlı arayış da Şahsuvara təqdim edilib.
Hazırda Şahsuvar Əhədov mənzilinin üzərindəki həbsin götürülməsini və mülkiyyət hüququnun tam təmin olunmasını tələb edir. Məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin mövqeyini öyrənməyə çalışdıq.
Məhkəmədən ''Xəzər Xəbər''ə bildirdilər ki, rəsmi məktubla müraciət edin, məsələ araşdırılıb sizə rəsmi qaydada cavab veriləcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












