5000 avro sərmayədən 2 milyard avro dövriyyəyə: Bolt-un illik gəliri dərc olundu

Bolt şirkətinin təsisçisi və baş direktoru Markus Villig şirkətin maliyyə uğurları ilə bağlı təfərrüatları paylaşaraq, Bolt-un illik gəlirinin hazırda 2 milyard avroya çatdığını bəyan edib. Bolt - taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterlərinin və elektrik velosipedlərinin icarəsi, eləcə də qida çatdırılması xidmətləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2013-cü ildə Estoniyada qurulan Bolt bu gün dünyada 50-dən çox ölkədə və 500-dən çox şəhərdə fəaliyyətdir və milyonlarla istifadəçiyə xidmət göstərir. Şirkətin tarixi 2013-cü ildən başlayır. Həmin ildə Markus Villig valideynlərindən aldığı 5000 avro ilkin kapital və kiçik bir komanda ilə biznesə başladı və onu Estoniyanın hüdudlarından kənara genişləndirdi. İlk mərhələlərdə o, sadə və rahat taksi sifarişi tətbiqi yaratmağa fokuslandı. Tallində fəaliyyət göstərən 50 taksi sürücüsünü tətbiqə qoşulmağa razı saldıqdan sonra komanda fəaliyyətə başladı. Daha böyük irəliləyiş və yeni bazarlara çıxış üçün müxtəlif biznesmenlərlə aparılan danışıqlar nəticəsində ilk sərmayə - 100.000 avro cəlb olundu. Komandanın fədakar əməyi, birgə işi və investorların davamlı inamı və dəstəyi sayəsində bu gün Bolt 200 milyondan çox müştəriyə xidmət göstərərək qlobal bazarda möhkəm yer tutub.
Bolt haqqında məlumat
Bolt – 200 milyondan çox istifadəçisi olan və Avropa ilə Afrikanın 50 ölkəsi və 500-dən çox şəhərində fəaliyyət göstərən Avropa çoxfunksiyalı tətbiqdir. Şirkət şəxsi avtomobillərdən istifadənin azalması və birgə mobillik xidmətlərinə keçidi sürətləndirmək məqsədini güdür və istifadəçilərinə ən yaxşı alternativlər təklif edir. Bolt-un xidmətlərinə taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterləri və velosipedlərin icarəsi, eləcə də qida və ərzaq çatdırılması daxildir. Hazırda Bolt taksi sifarişi xidməti Azərbaycanda iyirmi altı şəhərdə fəaliyyət göstərir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













