Banner

650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay HƏBS VERİLDİ - FOTO - VİDEO

Xəbərlər 11 Noyabr 2026 09:53
650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay HƏBS VERİLDİ  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Onlayn qumar və mərc oyunlarına qarşı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili məhkəmə qarşısına çıxarılıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.

Məlum olub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları aparmaqla 646761,33 manat məbləğində pul vəsaitlərinin izinin itirilməsinə nail olub. Bu üsulla müştərilərin “7isles” adlı onlayn kazino veb saytında qumar oyunu oynamalarını təmin etməklə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil etmək və keçirməklə ümumilikdə xeyli miqdarda, yəni 646761,33 manat pul vəsaitini leqallaşdırıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Səbiliyə 7 il 6 ay həbs cəzası verilib.


 

YouTubehttps://www.youtube.com/watch?v=JTR1W58FO-Q

 

 

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh