90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF

"Kiçik sahəli mənzillərin sökülməsi zamanı vətəndaşların daha uyğun kompensasiya alması üçün xüsusi mexanizmin tətbiqi təklif olunur".
Avtosfer.az baku.ws-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, hökumətə təqdim olunan təklifə əsasən, 30 kvadratmetrədək sahəsi olan mənzillər üçün kompensasiya xüsusi əmsalla artırıla bilər:
"Məsələn, bir kvadratmetr üçün 3 min manat hesablandıqda, 30 kvadratmetrlik mənzilə 90 min manat kompensasiya düşür. Xüsusi əmsal tətbiq olunarsa, bu məbləğ 180 min manata qədər artırıla bilər.
Digər təklif isə vətəndaşa pul əvəzinə və ya kompensasiyanın bir hissəsi müqabilində eyni və ya yaxın ərazidə yeni mənzil verilməsidir. Bu, xüsusilə kiçik sahəli ev sahiblərinin yeni mənzil əldə etməsini asanlaşdıra bilər.
Özəl şirkətlərin əmlak alışı isə tərəflər arasında razılaşma əsasında həyata keçirilir. Mülkiyyətçi təklif olunan məbləğlə razılaşmadıqda əmlakını satmaqdan imtina edə bilər. Bu isə bəzi ərazilərdə yeni tikililərin arasında ayrı-ayrı köhnə evlərin qalmasına səbəb olur.
Tərəflərin razılığı ilə kompensasiyanın bir hissəsinin pul, digər hissəsinin isə yeni tikilidən mənzil formasında verilməsi də mümkündür. Məsələn, 400 min manatlıq əmlak üçün 150 min manat pul və 250 min manat dəyərində mənzil təqdim edilə bilər.
Belə mexanizmin tətbiqi həm vətəndaşların mənzil təminatını yaxşılaşdıra, həm də mülkiyyətçilərlə tikinti şirkətləri arasında razılaşmaların daha asan əldə olunmasına imkan yarada bilər".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












