AAYDA-dan Saray körpüsü ilə bağlı iddialara CAVAB

Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik rəsmi olaraq bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir və körpüdə hər-hansı problem müşahidə olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə yanaşma yollarındadır.
"Məlumat üçün bildirək ki, agentliyimiz tərəfindən sözügedən ərazidə yalnız yeni körpünün inşası işləri həyata keçirilib, yanaşma yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb. Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla inşa edilib.
Onu da bildirək ki, yanaşma yollarının körpüyə uyğun 4 hərəkət zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər agentliyimiz tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim olunub", - məlumatda qeyd olunub.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












