AAYDA gücləndirilmiş iş rejimində çalışır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gözlənilən hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışır.
Avtosfer.az xəbər verir ki, Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.
Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər.
Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.
Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










