AAYDA mövsümlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO - VİDEO

2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində gücləndirilmiş iş rejimi davam etdirilir.
Avtosfer.az xəbər verir ki, paytaxt ərazisində agentliyin balansında olan tunel və keçidlərdə suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalarda mütəmadi olaraq monitorinqlər aparılır, nəzarətçilər tərəfindən nasoslar fasiləsiz olaraq nəzarətdə saxlanılır.
Hava şəraitinə uyğun olaraq tunel və keçidlərdə suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.
Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Mobil briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib.
Yol kənarlarında səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları da zərurət yarandıqca təmizlənir.
Bundan başqa, qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün də hazırlıq işləri aparılır.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












