AAYDA sədri ABŞ-də işgüzar səfərdə olub, görüşlər keçirib - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində təşkil olunan Beynəlxalq Yol Federasiyasının R2T Qlobal Konfrans və Sərgisində iştirak edib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı Beynəlxalq Yol Federasiyasının indiyədək qazandığı uğurlar diqqətə çatdırılıb, yol-nəqliyyat sahəsində dünyanın tanınmış mütəxəssisləri və innovativ yanaşmaları ilə seçilən şəxslərin çıxışları dinlənilib. Sektor üzrə ekspertlər arasında səmərəli fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və yol təsərrüfatına dair aktual məsələlər ətrafında müzakirələr keçirilib.
Konfrans çərçivəsində Saleh Məmmədov Beynəlxalq Yol Federasiyasının vitse-prezidenti Magid Elabyad ilə görüşüb. Görüş zamanı Agentliyin rəhbəri Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlər, icrası başa çatdırılmış və hazırda davam etdirilən əsas layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkədə yol infrastrukturunun müasirləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.
Beynəlxalq Yol Federasiyasının vitse-prezidenti Magid Elabyad öz növbəsində Azərbaycanın avtomobil yollarının keyfiyyət göstəricilərinə görə dünya ölkələri arasında ön sıralarda yer almasını yüksək qiymətləndirib.
Görüşdə yol infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir çərçivəsində 60-dan çox yüksək səviyyəli sessiya keçirilib, 300-dən artıq beynəlxalq məruzəçinin çıxış etdiyi, həmçinin qabaqcıl texnologiyaların nümayiş olunduğu genişmiqyaslı sərgi təşkil olunub.
Dünyanın müxtəlif ölkələrindən yol sahəsi üzrə ekspertlərin, sənaye liderlərinin və digər maraqlı tərəflərin iştirak etdiyi konfrans yol təhlükəsizliyi, əlaqəli və ağıllı mobillik, kənd yollarının inkişafı, rəqəmsallaşdırma, inklüziv yanaşmalar, yeni texnologiyaların tətbiqi, enerji və resurs səmərəliliyi kimi mövzuların müzakirəsi üçün mühüm platforma olub.


Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










