AAYDA sürücülərə müraciət etdi - Bu yollarda təmir gedir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.
Avtosfer.az sözügedən müraciəti diqqətinizə çatdırır:
Belə ki, 26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq:
- Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev
küçəsinin kəsişməsinə qədər);
- Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd
Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);
- Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən -
Azadlıq prospektinə qədər);
- Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);
- Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);
- Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).
"Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. (Yollar bağlanmır) Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız", - agentliyin məlumatında qeyd olunub.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












