ABŞ “Bradley” üçün əvəzedici yaratdı

ABŞ Müdafiə Nazirliyi bildirir ki, 40 illik istismardan sonra “Bradley” döyüş maşınının modernləşdirmə potensialı tükənib.
Avtosfer.az xəbər verir ki, gələn ilin iyulunda Pentaqon piyada döyüş maşını “XM30”un ilk prototipini alacaq. Bu yeni model uzun illər orduda xidmət edən “M2 Bradley” texnikasının əvəzləyicisi kimi nəzərdə tutulur. Məlumatı “Axios” yayıb.
Nəşrin məlumatına görə, “XM30” bu ilin əvvəlində “layihənin kritik yoxlanışı” mərhələsini uğurla keçib. 2026-cı ilin iyulunda “General Dynamics Land Systems” (“GDLS”) şirkəti ABŞ ordusuna ilk prototipi təqdim etməlidir. Şirkətin rəhbərliyi proqramın texniki və istehsal imkanlarına tam inamlı olduğunu bildirib.
“Avadanlığın hazırlanmasını davam etdiririk. Korpus və qüllələr yığılır, müxtəlif komponentlər və alt sistemlər əldə olunur, biz onları inteqrasiya edirik. ABŞ-da bu miqyasda istehsal proqramını həyata keçirmək üçün bütün zəruri infrastrukturumuz mövcuddur”, deyə “XM30” layihəsinin rəhbəri Rey Kirnan qeyd edib.
Onun sözlərinə görə, hərbçilərin rəyinə əsasən ilkin layihəyə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər əsasən ekipajın rahatlığı ilə bağlı olub – daxili elementlərin yerləşdirilməsi və açıq məkanın artırılması kimi təkmilləşdirmələr həyata keçirilib.
“Axios” yazır ki, Pentaqon artıq uzun illərdir “Bradley” piyada döyüş maşınına əvəz axtarır. Hazırda müsabiqənin final mərhələsinə iki şirkət çıxıb: “GDLS” və Almaniyanın “Rheinmetall” konserninin Amerika bölməsi.
“‘Bradley’ 40 il ərzində ordu üçün əla platforma olub. Lakin artıq elə mərhələyə çatıb ki, onu daha da modernləşdirmək mümkün deyil”, deyə “Axios”a ABŞ ordusunun keçmiş döyüş maşınları inkişaf qrupunun rəhbəri, hazırda strategiya direktoru olan Ceff Norman bildirib.
“Bradley” M2 piyada döyüş maşını 1970–1980-ci illərdə ABŞ-da hazırlanıb və 1980-ci illərin əvvəlində silahlanmaya qəbul edilib. Sonrakı onilliklər ərzində bu texnika bir çox modernləşmələrdən keçib. Tipik modifikasiya üç nəfərlik ekipaj və altı–yeddi desantçını daşıya bilən bölmədən ibarətdir. Əsas silahlanmaya 25 millimetrlik top, tank əleyhinə raket qurğusu və pulemyot daxildir. Korpusda alüminium ərintilər, keramika plitələr və dinamik müdafiə blokları istifadə olunur.
“Bradley” 1991-ci il Fars körfəzi müharibəsində ilk dəfə döyüş şəraitində sınaqdan keçirilib, daha sonra İraq və Əfqanıstan əməliyyatlarında geniş istifadə olunub. Maşın yüksək atəş gücünə malik olsa da, tank əleyhinə silahlardan və minalardan zədələnmə halları kifayət qədər çox olub.
Son illərdə bu texnika müasir döyüş şəraitində, o cümlədən Ukraynada da effektivliyini göstərib. ABŞ bu ölkəyə yüzlərlə “Bradley” göndərib və Ukrayna bölmələri onları piyada qüvvələrinin dəstəyi üçün faydalı hesab edirlər. Bununla belə, intensiv döyüş şəraitində texniki xidmətlə bağlı müəyyən çətinliklər də ortaya çıxıb.((hit.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












