ABŞ-də benzinin qiyməti 4 dolları ötdü

ABŞ-da benzin qiymətləri son illərin ən yüksək səviyyələrindən birinə çatıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti dörd ildən sonra ilk dəfə olaraq qallon (1 qallon təxminən 3,8 litrə bərabərdir - red.) üçün 4 dollar həddini keçib.
Qiymət artımının əsas səbəblərindən biri kimi qlobal neft bazarındakı dalğalanmalar və Yaxın Şərqdə davam edən gərginlik göstərilir.
Bildirilir ki, xüsusilə ABŞ, İran və İsrail arasında artan qarşıdurma enerji bazarına mənfi təsir edərək qiymətləri yüksəldib.
Artım daha çox böyük və sahilyanı ştatlarda hiss olunur. Belə ki, Kaliforniyada benzinin qiyməti qallon üçün 5,90 dollar, Vaşinqtonda 5,10 dollar, Oreqonda 4,70 dollar, Nyu-Yorkda isə 4 dollar səviyyəsinə yüksəlib.
Qiymət artımı gündəlik həyata da təsirsiz ötüşməyib. Bir çox yanacaqdoldurma məntəqələrində nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur. ABŞ vətəndaşları artan xərclərə görə avtomobildən daha az istifadə etməyə və alternativ nəqliyyat vasitələrinə üstünlük verməyə başlayıblar.
Yaxın dövrdə qiymətlərin daha da arta biləcəyi barədə xəbərdarlıq edilir, orta göstəricinin qallon üçün 4,50-5 dollar aralığına yüksəlməsi ehtimalı istisna olunmur.
Qeyd edək ki, ABŞ-də benzin qiymətləri sonuncu dəfə 2022-ci ildə qallon üçün 5 dollar səviyyəsinə qədər yüksəlmişdi.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












