ABŞ-də benzinin qiymətində rekord qeydə alındı

ABŞ-də benzinin orta qiyməti müşahidə tarixinin bütün dövrü ərzində ilin bu vaxtı üçün ən yüksək həddə çataraq bir qallon (3,78 litr) üçün dörd dolları ötüb.
Avtosfer.az xəbər verir ki, bu barədə yanacaq qiymətlərini izləyən "GasBuddy" xidmətinin neft bazarı təhlili şöbəsinin rəhbəri Patrik De Haan "X" sosial şəbəkəsində bildirib.
O vurğulayıb ki, əvvəlki illərdə ölkə üzrə benzinin orta qiyməti avqustun 12-dən sonra heç vaxt qallon üçün 4 dolları keçməmişdi.
Yalnız 2022-ci ildə ölkədə benzinin orta qiyməti o dövr üçün rekord hesab edilən qallon üçün 3.98 dollar təşkil etmişdi.
Xatırladaq ki, daha əvvəl ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin 2026-cı ildəki orta qiyməti üzrə proqnozunu 6% artıraraq bir barel üçün 81.91 dollardan 86.81 dollara qaldırıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












