ABŞ-də fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ Prezidenti Donald Tramp enerji sisteminə təhdidlər səbəbindən fövqəladə vəziyyət elan etmək və enerji sistemində bir sıra xarici texniki vasitələrdən istifadəyə məhdudiyyətlər qoymaq barədə qərar qəbul edib.
Avtosfer.az xəbər verir ki, müvafiq sərəncam Ağ Evin saytında dərc olunub.
“Elektrik enerjisi sistemləri üçün avadanlıqların xaricdən tədarükü ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaratdığını hesab edirəm. Bu təhlükə tamamilə və ya əhəmiyyətli dərəcədə ABŞ hüdudlarından kənardan qaynaqlanır və bununla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edirəm. Bu təhlükə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sövdələşmələrdə mövcuddur. Bu təhlükənin qarşısını almaq üçün ABŞ-də istifadə olunan elektrik enerjisi sistemləri üçün avadanlıqların təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumaq məqsədilə əlavə tədbirlər görülməsi zəruridir”, - Amerika liderinin sərəncamında deyilir.
Donald Trampın qərarına əsasən, xaricdə istehsal olunan bir sıra elektrik avadanlıqlarının, kritik əhəmiyyətli proqram təminatının, eləcə də ABŞ elektrik şəbəkəsindəki zəifliklərdən kiberhücumlar üçün istifadə oluna biləcək rəqəmsal komponentlərin satın alınması və quraşdırılması qadağan edilir.
Belə avadanlıqlar sırasına yüksək gərginlikli transformatorlar, günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizəsi qurğuları və ağıllı elektron cihazlar daxildir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












