ABŞ-dən İrana XƏBƏRDARLIQ - Hörmüz boğazı ...

ABŞ digər ölkələrdən Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımalarını tələb edir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, bu mühüm su yolunun təhlükəsizliyinin təmin edilməsi təkcə ABŞ HQD-nin vəzifəsi deyil. "Məsələn, Böyük Britaniya güclü donanmaya malikdir və bu prosesdə iştirak edə bilər", - o qeyd edib.
Heqset vurğulayıb ki, əldə edilmiş razılaşmalar sayəsində indi Hörmüz boğazından daha çox gəmi keçir. "Prezident (ABŞ Prezidenti Donald Tramp) İrana açıq şəkildə bildirib ki, boğaz ticarət üçün açıq qalmalıdır, əks halda bizim alternativ fəaliyyət variantlarımız var – onlar həqiqətən mövcuddur", - o deyib.
Pentaqon rəhbəri əlavə edib ki, dünya ictimaiyyəti vəziyyətə daha çox diqqət yetirməli və qətiyyətli addımlara hazır olmalıdır. "Söhbət ABŞ-nin bir çox digər ölkələrdən daha az istifadə etdiyi beynəlxalq boğazdan gedir. Buna görə də dünya ictimaiyyəti buna diqqət yetirməli və hərəkət etməyə hazır olmalıdır. Prezident Tramp azad dünyanın təhlükəsizliyi naminə əsas yükü öz üzərinə götürməyə hazırdır, lakin bu, təkcə bizim problemimiz deyil", - o vurğulayıb.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












