ABŞ-dən Rusiyanın hücumuna reaksiya: Azərbaycan qazı da nəql olunurdu

“Rusiyanın mülki infrastruktur və yaşayış məntəqələrinə zərbələri yolverilməzdir”.
Avtosfer.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti Trend-in Rusiyanın Azərbaycan qazının Ukraynaya nəqlini təmin edən obyektə hücumu ilə bağlı sorğusuna cavab olaraq bildirib.
“Rusiya bu cür hərəkətlərə dərhal son qoymalıdır. Məhz bu müharibənin insanlar üçün dağıdıcı fəsadları Prezident Trampın sülhə nail olmağa can atmasının əsas səbəbidir. Ölüm və dağıntılara son qoyulmalıdır”, – deyə qeyd olunub.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya ordusu Ukraynanın qaz nəqli ilə bağlı infrastruktur obyektlərinə zərbə endirib. Ukraynanın Energetika Nazirliyinin yaydığı məlumata görə, pilotsuz uçuş aparatları ilə Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında Ukraynanın təbii qaz tədarükünün təmin edildiyi kompressor stansiyasına zərbə endirilib. Həmin kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə olunur. ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri bu yolla Ukraynaya nəql edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












