ABŞ hökumətinə məxsus təyyarə uzun illər sonra Kubaya endi

ABŞ Dövlət Departamentinin rəsmiləri Havana şəhərində Kuba rəsmiləri ilə, o cümlədən Raul Gilyermo Rodriges Kastro ilə görüş keçiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşdə əsas məqsəd Kubada demokratik və iqtisadi azadlıqların təşviqi, eləcə də, bu istiqamətdə addımların atılmayacaı təqdirdə yarana biləcək risklərin diqqətə çatdırılması olub.
ABŞ nümayəndə heyəti ölkədə internet xidmətlərinin yaxşılaşdırılması üçün “Starlink” sisteminin tətbiqini təklif edib.
Bu təmaslar son illər üçün mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Qeyd olunur ki, ABŞ hökumətinə məxsus təyyarə Barak Obama dövründə baş tutan yaxınlaşma səylərindən sonra ilk dəfə Kubaya eniş edib.
Hazırkı mərhələdə Kuba ciddi iqtisadi çətinliklərlə üz-üzədir. ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio isə əvvəlki administrasiyalara nisbətən daha sərt mövqe nümayiş etdirirlər.
Mənbənin sözlərinə görə, ABŞ tərəfi Kuba rəhbərliyinə ölkə iqtisadiyyatının sürətlə zəiflədiyini və vəziyyətin daha da pisləşmədən islahatlar üçün məhdud zaman pəncərəsinin qaldığını bildirib.
Görüşlərdə uzunmüddətli ABŞ tələbləri də gündəmə gətirilib. Bunlara 1959-cu il Kuba inqilabından sonra müsadirə edilmiş əmlaklara görə kompensasiyanın ödənilməsi, siyasi məhbusların azad edilməsi və daha geniş siyasi azadlıqların təmin olunması daxildir.
Eyni zamanda, ABŞ rəsmiləri Kubada xarici kəşfiyyat və hərbi strukturların fəaliyyətindən narahat olduqlarını da ifadə ediblər.
ABŞ tərəfi açıq təhdidlər səsləndirməsə də, Vaşinqtonun adanın milli təhlükəsizlik baxımından riskə çevrilməsinə imkan verməyəcəyi vurğulanıb. ABŞ rəsmisi bildirib ki, Prezident Tramp mümkün olduqda diplomatik həll yollarına üstünlük versə də, zərurət yaranarsa, daha sərt addımlar istisna edilmir.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











