ABŞ Hörmüz boğazından keçən gəmilər üçün sığorta zəmanətini ikiqat bahalaşdırdı

Amerika Birləşmiş Ştatları Hörmüz boğazından hərəkət edən gəmilərə verilən təkrar sığorta təminatı üzrə öhdəliyini iki dəfə artırmaq qərarına gəlib. Ötən ay 20 milyard dollar təşkil edən zəmanət məbləği indi 40 milyard dollara qədər yüksəldiləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət sığorta şirkətlərinin digər sığortaçılara təminat verdiyi risklərin bölüşdürülməsi mexanizmindən gedir. Bundan əlavə, ABŞ "American International Group" və "Berkshire Hathaway" şirkətlərini də prosesə cəlb edəcək. Agentlik bu tədbiri həyati əhəmiyyətli su yolu ilə bağlı narahatlıqları aradan qaldırmaq və nəqliyyatın bərpasını təşviq etmək üçün ABŞ-nin daha bir səyi adlandırır. Hesabatda bildirilir ki, Hörmüz boğazından keçmək istəyən yükdaşıyanlara inamı bərpa etmək ABŞ-nin prioritetlərindən biridir. Lakin ABŞ maliyyə zəmanətlərini genişləndirsə də, proqram hələ də gəmi heyətini qorumaq üçün dəniz müşayiətçilərinin mövcudluğuna zəmanət vermir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbələr endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












