ABŞ-nin "B-1" bombardmançı təyyarələri yenidən İrana göndərilib

ABŞ Hərbi Hava Qüvvələrinin bir qrup "B-1B Lancer" strateji bombardmançı təyyarəsi İranın hava məkanında döyüş tapşırıqlarını yerinə yetirmək üçün Böyük Britaniyadakı Ferford aviabazasından havaya qalxıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, "Military Air Tracking Alliance" (MATA) və "Flightradar24" aviasiya resursunun məlumatlarında qeyd olunub.
İran səmasında günün qaranlıq vaxtı həyata keçirilən birbaşa əməliyyat nəzərə alınmaqla, fasiləsiz uçuş missiyanın müddəti təxminən 18-20 saat təşkil edəcək.
Hər bir təyyarə 20 km-ə qədər mənzilli, 900 kiloqramlıq 24 ədəd "JDAM" aviabombası daşımaq qabiliyyətinə malikdir. Bu cür döyüş sursatları İranın ən mühüm obyektlərinə, xüsusən də ballistik raketlərin yerləşdirildiyi, saxlandığı və istehsal olunduğu yerlərə zərbələr endirmək üçün istifadə olunur.
Hərbi əməliyyat başlayandan bəri ABŞ strateji bombardmançı təyyarələri İran hədəflərinə artıq 20 hava hücumu həyata keçirib.
Hazırda Ferford aviabazasında ABŞ-nin 18 ağır bombardmançı təyyarəsindən, o cümlədən 12 "B-1B Lancer" və 6 "B-52H Stratofortress" təyyarəsindən ibarət qruplaşma yerləşir.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












