ABŞ-nin Florida ştatının məşhur küçəsində Azərbaycan bayrağı ucaldılıb - FOTO

ABŞ-nin Florida ştatının Koral Qeybls şəhərinin məşhur və nüfuzlu küçələrindən olan Mirakl Mildə və "Ponce de Leon" Bulvarında Azərbaycan bayrağı ucaldılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, iki məşhur küçənin kəsişməsində yerləşən, müxtəlif ölkələrin bayraqlarının nümayiş olunduğu dirəklərə Azərbaycan bayrağı da əlavə olunub.
Layihə şəhərdə yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Leyla Hüseynin təşəbbüsü və Azərbaycanın ABŞ-dəki səfirliyinin, Koral Qeybls meriyasının dəstəyi ilə həyata keçirilib.
İcma nümayəndələri bildiriblər ki, hadisə yalnız bayrağın asılması deyil, eyni zamanda milli kimliyin, birliyin və mənsubiyyət hissinin ifadəsidir. Onların sözlərinə görə, Azərbaycan bayrağının bu nüfuzlu məkanda dalğalanması ştatda yaşayan azərbaycanlılar üçün böyük qürur mənbəyidir.
Hadisə sosial şəbəkələrdə də geniş əks-səda doğurub və Azərbaycan icması tərəfindən sevinclə qarşılanıb.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur















