ABŞ “Tomahawk”ları İran səmasında - VİDEO

ABŞ-yə məxsus “Tomahawk” qanadlı raketləri İranın müxtəlif bölgələrində, xüsusilə strateji hərbi obyektlərin üzərində müşahidə olunub.
Avtosfer.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, ABŞ ordusu İrandakı hərbi hədəfləri məhv etmək üçün həm havadan, həm də dənizdən kütləvi zərbələr endirir.
Məlumata görə, raketlər, əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı gəmilərindən və sualtı qayıqlarından buraxılır.
Şahidlərin sözlərinə görə, raketlərin uçuşu paytaxt Tehran, İsfahan və hərbi sənaye mərkəzlərinin yerləşdiyi digər iri şəhərlər üzərində aydın görünüb. “Tomahawk”ların hədəfləri arasında İranın raket buraxılış qurğuları, sursat anbarları, hərbi hava bazaları, radarlar və komanda-idarəetmə mərkəzlərinin olduğu bildirilir.
Xatırladaq ki, Prezident Donald Tramp müraciətində ABŞ-nin məqsədinin İranın raket sənayesini və hərbi gücünü tamamilə “yerlə-yeksan etmək” olduğunu bəyan edib. O, iranlılara müraciət edərək “bombalar hər yerə düşəcək” xəbərdarlığını edib və sakinlərə hərbi obyektlərdən uzaq durmağı tövsiyə edib.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












