ABŞ vizaları ilə bağlı yeni qayda: 20 min dollar...

ABŞ Dövlət Departamenti turist və işgüzar vizalarla bağlı yeni qaydanı daimi əsasda tətbiq etməyə hazırlaşır. Yeni qərara əsasən, bəzi ölkələrin vətəndaşlarından ABŞ vizası almaq üçün 20 min dollara qədər zəmanət depoziti tələb oluna bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Federal Reyestrində dərc olunan sənədə əsasən, yeni qaydalar B1 (işgüzar) və B2 (turist) kateqoriyalı vizalara şamil ediləcək. Qayda təxminən 50 ölkənin vətəndaşlarına tətbiq oluna bilər ki, onların da təxminən 30-u Afrika qitəsində yerləşir.
Sənəddə qeyd olunur ki, konsulluq əməkdaşları müəyyən hallarda qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslərdən 20 min dollara qədər depozit tələb etmək səlahiyyətinə malik olacaqlar. Bu ödəniş vizanın verilməsi üçün şərtlərdən biri kimi müəyyən edilə bilər.
ABŞ hakimiyyəti bu addımı əcnəbilərin ölkədə qalma müddətini aşması hallarının qarşısını almaq məqsədilə atdığını bildirir. Dövlət Departamentinin məlumatına görə, 2025-ci ildə həyata keçirilən pilot proqram vizaların depozit sistemi vasitəsilə daha effektiv nəzarət edilə biləcəyini göstərib.
Əvvəlki pilot proqram çərçivəsində 5 min, 10 min və 15 min dollar məbləğində depozit nəzərdə tutulurdu. Yeni qaydalar isə minimum 5 min dollarlıq həddi ləğv edir və maksimum məbləği 20 min dollara çatdırır.
Qərarın 3 avqustdan qüvvəyə minəcəyi bildirilir.
Miqrasiya siyasətinin sərtləşdirilməsini dəstəkləyənlər hesab edirlər ki, maliyyə zəmanəti ABŞ-də vizanın müddəti bitdikdən sonra qanunsuz qalmaq hallarını azalda bilər. İnsan hüquqları təşkilatları isə bu addımın qanuna əməl edən şəxslərin səyahətlərini çətinləşdirəcəyini və viza alma prosesində əlavə maneələr yaradacağını bildirirlər.
ABŞ Prezidenti Donald Tramp administrasiyası son dövrlərdə miqrasiya siyasətini daha da sərtləşdirib. Yeni ödənişlərin tətbiqi, eləcə də viza müraciətləri zamanı sosial şəbəkə hesablarının daha geniş şəkildə yoxlanılması da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Tramp administrasiyası isə bütün bu tədbirlərin milli təhlükəsizliyin gücləndirilməsi və miqrasiya axınlarına daha effektiv nəzarət məqsədi daşıdığını vurğulayır.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












