Abşeron dairəvi dəmir yolunda sərnişin axını artıb - Anar Rzayev

Bakı, Sumqayıt və bütövlükdə Abşeron yarımadasında əhalinin gediş-gəlişini təmin edən əsas nəqliyyat arteriyalarından biri olan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin axını əhəmiyyətli dərəcədə artıb.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, marşrut iki istiqamətdən – Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt xətlərindən ibarətdir. Son illərdə xətt üzrə infrastrukturun yenilənməsi və reys sayının artırılması istiqamətində mühüm addımlar atılıb.
Qeyd edib ki, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn sistemə keçirilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda isə modernləşdirmə işləri aparılıb.
A.Rzayev vurğulayıb ki, görülən tədbirlər nəticəsində Abşeron dairəvi dəmir yolu üzrə həftəiçi gündəlik sərnişin sayı 36 mindən ötən il təxminən 43 minə yüksəlib.
"Bu artım xidmət keyfiyyətinin yüksəldilməsinin, hərəkət cədvəlinin optimallaşdırılmasının və sərnişinlərin təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verməsinin göstəricisidir", – deyə sədr əlavə edib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












