Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə görüş keçirildi - FOTO

Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və pedaqoji kollektiv iştirak edib.
Tədbirdə yeniyetmələrlə iş, şagirdlərin davranış qaydalarına riayət etməsi, dərs prosesindən üzrsüz səbəblərlə yayınması, eləcə də valideynlərin övladlarını təhsildən yayındırması hallarının qarşısının alınması və bu sahədə ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan edilmiş digər əşyaların gətirilməsi, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi və bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də pedaqoji kollektivi narahat edən digər məsələlər müzakirə edilib.
Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov çıxışında məktəblərin yerləşdiyi inzibati ərazilərdə təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq, təhsil müəssisələrində şübhəli halların müşahidə edildiyi təqdirdə polis orqanlarına dərhal məlumat verilməsinin vacibliyini qeyd edib.
O, eyni zamanda məktəblərin müasir müşahidə kameraları ilə təchiz olunmasının təhlükəsizlik baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə erkən nikah hallarının qarşısının alınması, eləcə də şagirdlərin internet resurslarından, xüsusilə sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə də ətraflı məlumat verilib, bu sahədə valideyn nəzarətinin zəruriliyi vurğulanıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, təklif və tövsiyələr dinlənilib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO















