Banner

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Xəbərlər 14 Oktyabr 2026 10:18
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Avtosfer.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh