ADSEA-da təlim keçirildi - FOTO

Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) “AZS ISO 10002:2022 – Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” standartı üzrə təlim təşkil olunub.
Avtosfer.az xəbər verir ki, təlimdə “955” Çağrı mərkəzi əməkdaşları, yerli sukanal idarələrinin operatorları, eləcə də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən ADSEA əməkdaşları iştirak ediblər.
ADSEA sədrinin müavini çıxış edərək, bu təlimin əməkdaşların peşəkar inkişafına və xidmət keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.
O bildirib ki, ISO 10002 standartı müştəri müraciətlərinin daha sistemli şəkildə idarə olunmasına, problemlərin operativ həllinə və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir:
“Bu standartın tətbiqi sayəsində əməkdaşlar yalnız şikayətlərin cavablandırılmasında deyil, həm də xidmətlərin təkmilləşdirilməsi və gələcəkdə oxşar problemlərin qarşısının alınmasında daha effektiv rol oynayacaqlar”.
Sədr müavini əlavə edib ki, vətəndaş məmnuniyyətinin təmin olunması, xüsusən də abonentlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların əsas vəzifəsidir: “Bu məqsədə nail olmaq üçün beynəlxalq standartların tətbiqi və mütəmadi təlimlərin keçirilməsi zəruridir”.
Təlim zamanı iştirakçılara standartın mahiyyəti, tətbiq mexanizmləri və beynəlxalq təcrübədə qəbul olunmuş yanaşmalar izah edilib. Real iş situasiyaları əsasında aparılan praktiki məşğələlərdə müraciətlərin vaxtında və effektiv həlli yolları nümayiş etdirilib.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












