ADSEA-nın rəqəmsal xidmətləri “mygov”a inteqrasiya edilir

Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq.
Avtosfer.az xəbər verir ki, görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.
Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcək.
“mygov” platformasında hazırda mövcud olan xidmətlər:
- Abonent məlumatlarının dəyişdirilməsi;
- Sayğac göstəricilərinin təqdim edilməsi və hesab-fakturanın formalaşdırılması;
- Rəqəmsal müraciət;
- Borcun araşdırılması üzrə müraciət;
- Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi (arayış);
- Su borcunun internet vasitəsilə ödənilməsi.
İnteqrasiyası davam etdirilən xidmətlər:
- Su sayğaclarının plomblanmasına (quraşdırılması və ya dəyişdirilməsi) dair müraciət;
- Su sayğaclarının təmiri və ya nasaz sayğacların dəyişdirilməsi müraciəti;
- Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət;
- Əhali qrupuna aid yeni istehlakçının qeydiyyata alınması;
- Abonentə aid məlumatların verilməsi (arayış);
- Su sayğaclarının quraşdırılması müraciəti;
- Su təchizatı və tullantı sularının axıdılması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti.
Qeyd edək ki, “mygov” bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Agentliyin fəaliyyəti və yenilikləri ilə bağlı məlumatları sosial şəbəkələr vasitəsilə də izləmək mümkündür:
Linkedın: https://www.linkedin.com/company/adsea-gov-az/
Facebook: https://www.facebook.com/adsea.gov.az
Instagram: https://www.instagram.com/adsea.gov.az
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










