ADY-dən məktəblilər üçün növbəti maarifləndirmə tədbiri - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin yaxınlığında yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydalarının təbliği məqsədilə həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, növbəti görüş Məmmədli kənd tam orta məktəbində təşkil olunub.
Tədbirdə dəmir yolu infrastrukturundan istifadə, qatarların hərəkət sürəti və keçidlərdə yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Görüşdə təhlükəsizlik qaydalarını əyani şəkildə nümayiş etdirən xüsusi videoçarx təqdim olunub.
Qeyd edilib ki, ADY tərəfindən piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün müasir yolötürücülərinin, yerüstü və yeraltı keçidlərin inşası sürətlə davam etdirilir. Eyni zamanda, ərazilər xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz olunur. Məktəblilərin diqqətinə çatdırılıb ki, həyata keçirilən texniki tədbirlərin maksimum səmərəliliyi hər bir vətəndaşın fərdi məsuliyyət hissindən və təhlükəsizlik qaydalarına ciddi əməl etməsindən asılıdır.
İnteraktiv formatda keçən görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara ADY tərəfindən hədiyyələr və davranış qaydaları ilə bağlı bukletlər təqdim edilib.
ADY bu qəbildən olan maarifləndirmə tədbirlərini dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən digər təhsil müəssisələrində də davam etdirəcək.




Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












