ADY istiqrazlarına 331 investor maraq göstərib
Xəbərlər
30 Dekabr 2025 20:51

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Dəmir Yolları" QSC-nin 30 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Avtosfer.az-a BFB-dən bildirilib. Məlumata görə, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 331 investor 30 milyon dollarlıq 380 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Oxunub : 780
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
11 Noyabr 2026 18:32
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
11 Noyabr 2026 18:18
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
11 Noyabr 2026 17:56
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
10 Noyabr 2026 20:59
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
10 Noyabr 2026 17:45
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
ŞƏRH YAZ












