“ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı

Azərbaycan Dəmir Yollarının “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayı ilə hər gün sərnişinlərin səyahətini daha rahat, sürətli və əlçatan edir.
Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.
Son illərdə “ADY Mobile” üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11%-ni təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu göstərici 50%-ə yüksəlib.
Tətbiqdə təqdim olunan SİMA Pay – üz tanıma ilə ödəniş funksiyasını isə artıq 10 minə yaxın istifadəçi aktivləşdirərək stansiyalara daha sürətli və rahat keçid imkanından yararlanır.
“ADY Mobile” istifadəçiləri səfərlə bağlı vacib bildirişləri və yenilikləri operativ şəkildə əldə edir, həmçinin SİMA Pay, bank kartı, barkod və elektron kart kimi müxtəlif ödəniş üsullarından istifadə edə bilirlər.
Qarşıdakı dövrdə də “ADY Mobile”ın imkanları yeni funksiyalar və daha rahat xidmətlərlə genişləndiriləcək.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












