ADY rəhbərliyi “InnoTrans 2026” sərgisində - FOTOLAR

Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi “InnoTrans” beynəlxalq nəqliyyat texnologiyaları sərgisini ziyarət edib.
Avtosfer.az xəbər verir ki, sərgi çərçivəsində ADY rəhbərliyi bir sıra aparıcı nəqliyyat şirkətləri, o cümlədən Almaniyanın iri dəmir yolu operatoru və nəqliyyat şirkəti “Deutsche Bahn” və Türkiyə Dövlət Dəmir Yollarının nümayəndələri ilə görüşlər keçirib və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.
Eyni zamanda, sərgidə iştirak edən “Siemens”, “Hitachi” və “Tesmec” kimi tanınmış texnologiya şirkətləri ilə dəmir yolu sənayesində süni intellektin inteqrasiyası, rəqəmsal dispetçer mərkəzlərinin yaradılması, yeni rəqəmsal həllərin tətbiqi və digər innovativ yanaşmalar üzrə təcrübələrin öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.
ADY nümayəndə heyəti həmçinin “InnoTrans 2026” sərgisi çərçivəsində keçirilən “Rail Leaders Summit” (Dəmiryol Rəhbərlərinin Görüşü) tədbirində dəmiryol sənayesinin inkişafı və əməkdaşlıq imkanları barədə müzakirələrdə iştirak edib.
“Qlobal miqyasda mobillik – layihələrin və inkişaf imkanlarının formalaşdırılması” mövzusunda keçirilən “InnoTrans 2026” sərgisində nəqliyyat sektorunda yaşıl texnologiyaların tətbiqi, hibrid lokomotivlər və enerji istehlakı cəhətdən səmərəli dəmir yolu əməliyyatları kimi məsələlərə diqqət çəkilir.
İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən böyük beynəlxalq sərgilərdən biridir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












