ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana səfəri çərçivəsində 8-ci “Yeni İpək Yolu” (“New Silk Way”) biznes-forumunda iştirak edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, “Rəqəmsal İpək Yolu: Süni intellekt və logistikanın qabaqcıl texnologiyaları” mövzusunda keçirilmiş forumda rəqəmsal transformasiyanın nəqliyyat-logistika sektoruna təsiri, süni intellektin tətbiqi və müasir texnologiyaların beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasındakı rolu diqqət mərkəzində olub.
ADY sədri həmçinin forumun tərkib hissəsi kimi təşkil olunmuş və Azərbaycan Dəmir Yollarının ayrıca stendlə iştirak etdiyi “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgisini ziyarət edib, burada təqdim olunan qabaqcıl nəqliyyat-logistika həll və texnologiyaları ilə tanış olub.
Eyni zamanda, forum çərçivəsində ADY və AZCON rəhbər heyətlərinin “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Eljas Otınşiyevlə görüşü keçirilib. Görüşdə iki ölkənin dəmir yolu şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, tranzit daşımalarının həcminin artırılması və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.
Bundan başqa, ADY sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb. Müzakirələr dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından daha səmərəli istifadə və yükdaşımalar üzrə koordinasiyanın təkmilləşdirilməsi kimi məsələləri əhatə edib.
Görüşlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın tranzit potensialının əlaqələndirilməsinin, dəmir yolu infrastrukturu və logistika xidmətlərinin inkişaf etdirilməsinin, eləcə də rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsinin regional nəqliyyat bağlantılarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.





Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












