ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ADY və Bakı Metropoliteni ölkə iqtisadiyyatı və vətəndaşların gündəlik həyatı üçün mühüm infrastrukturu idarə edir.
F. Osmanov bildirib ki, bu qurumların konkret əməliyyat çağırışlarının müəyyənləşdirilməsi və onların birgə həll üçün açıq şəkildə təqdim edilməsi şirkətlərin yalnız innovativ həllərin istifadəçisi deyil, həm də innovasiyanın fəal iştirakçısına çevrilməsinə imkan verə bilər.
“Biz istəyirik ki, bu vörkşop ümumi müzakirələrdən kənara çıxsın. Onun uğuru müəyyən edilən çağırışların keyfiyyəti, hazırlanacaq ideyaların aktuallığı və ən əsası, həmin ideyaların pilot layihələrə və tətbiq edilə bilən həllərə çevrilmə potensialı ilə ölçülməlidir”, – F. Osmanov qeyd edib./apa
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












