Aeroportda türkiyəli əsgərləri belə salamladı - VİDEO

Hazırda Türkiyədə səfərdə olan ABŞ Prezidenti Donald Trampın fəxri qarovulun əsgərlərini türkcə salamlaması diqqət çəkib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Trampın Ankara hava limanında rəsmi qarşılama mərasimi zamanı baş verib.
Belə ki, təyyarədən eniş edən ABŞ liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. İki dövlət başçısı arasında qısa söhbətdən sonra fəxri qarovula yaxınlaşan Tramp hərbçiləri türkcə “Mərhaba, əsgər” deyərək salamlayıb. Ərdoğan ABŞ liderinin bu jestini alqışla qarşılayıb.
Qeyd edək ki, bu, ABŞ liderinin Türkiyəyə son 11 ildə ilk səfəridir. Sonuncu dəfə 2015-ci ildə Türkiyəyə ABŞ-nin ovaxtkı dövlət başçısı Barak Obama səfər etmişdi. Bu, G20-nin Antalya Zirvəsi çərçivəsində baş tutmuşdu.
Onu da bildirək ki, Türkiyədə bu gün NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü öz işinə başlayıb. Tədbir sabah da davam edəcək.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












