Aftandil İsrafilovun bağ evi fantastik qiymətə satışa çıxarıldı - YENİLƏNİB

"Novxanı qəsəbəsində yerləşən və sahibi tərəfindən satışa çıxarılan bağ evi atam - Aftandil İsrafilova məxsus deyil".
Avtosfer.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Aftandil İsrafilovun qızı Nigar Əliyeva deyib.
O bildirib ki, vaxtaşırı Aftandil İsrafilovun adından istifadə olunaraq bağ evinin satışa çıxması xəbərləri dərc olunur, sosial media platformalarında paylaşılır:
"Mənim atam üç il əvvəl vəfat edib. Həmin bağ evi vaxtilə bizim olsa da, çoxdan satılıb. Hazırda evi satışa çıxaran da, satan da biz deyilik. Ev başqa şəxsin mülkiyyətindədir. Ola bilər ki, həmin bağ evini mülkiyyətçi satışa çıxarıb, amma burada atamın adının hallandırılması düzgün deyil.
O bağ evi Aftandil İsrafilovun bağ evi deyil, niyə onun bağ evi kimi təqdim olunur? Kimin bağ evidir, kim satırsa, öz adı ilə satsın. Atamın adından istifadə etməsin. Onsuz da, atamın vəfatı bizi çox sarsıdıb, belə yanlış məlumatlar da bizi narahat edir".
***10:07
Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.
Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.
10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












