Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT

Ağdama əhalinin mərhələli şəkildə qayıdışının davam etməsi şəhərin nəqliyyat infrastrukturuna olan tələbatı da artırır.
Avtosfer.az xəbər verir ki, əhalinin sayının artması ilə yanaşı, ictimai nəqliyyat, avtobus marşrutları və taksi xidmətlərinin genişləndirilməsi məsələsi də gündəmə gəlir. Bəs Ağdama qayıdış nəqliyyat sisteminə hansı əlavə yükü gətirəcək və şəhərdə ictimai nəqliyyatın inkişafı üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, əhalinin Ağdama mərhələli qayıdışı şəhərdaxili hərəkətliliyin artmasına, xüsusilə pik saatlarda nəqliyyat yükünün və parklanma tələbatının yüksəlməsinə səbəb olacaq:

"Buna görə də ictimai nəqliyyat sistemi əhali artımını əvvəlcədən nəzərə alaraq mərhələli şəkildə planlaşdırılmalıdır. Hazırda Ağdamda sürətli əhali artımının getdiyini demək olmaz. Lakin əhalinin mərhələli şəkildə şəhərə qayıdışı davam etdikcə nəqliyyat yüklənməsi məsələsi ilə gec-tez qarşılaşa bilərik. Bu səbəbdən nəqliyyat infrastrukturunun indidən gələcək tələbatlara uyğun qurulması vacibdir. Avtobus və taksi xidmətlərinin genişləndirilməsinə ehtiyac olacaq.
Burada əsas yükün avtobus nəqliyyatının üzərinə düşəcəyi gözlənilir. Taksi xidmətləri isə ictimai nəqliyyatı tamamlayan və sərnişinlərin fərdi hərəkətliliyini təmin edən köməkçi nəqliyyat vasitəsi kimi fəaliyyət göstərəcək. Marşrut şəbəkəsi də şəhərin yeni yaşayış məhəllələrinin əsas sosial və nəqliyyat obyektləri ilə əlaqəsini təmin etməlidir. Xüsusilə yaşayış ərazilərinin şəhər mərkəzi, xəstəxana, məktəblər, dəmir yolu stansiyası və avtovağzalla rahat şəkildə birləşdirilməsi vacibdir. Burada əsas məqsəd Ağdamda əhali artdıqca avtomobillərin sayının və şəhər yollarına düşən yükün artmasının qarşısını almaq, əksinə, ictimai nəqliyyatın şəhərdaxili hərəkətdəki payını yüksəltməkdir. Bunun üçün avtobus marşrutlarının çevik şəkildə artırılması, dayanacaqların düzgün yerləşdirilməsi və sərnişin tələbatına uyğun nəqliyyat planlamasının aparılması mühüm əhəmiyyət daşıyır".
Fatimə
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












