Ağdərədə tullantı poliqonu yaradılacaq

İşğaldan azad edilən Ağdərə rayonu ərazisində yeni məişət və tikinti tullantıları poliqonu tikiləcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ağdərə rayonunun inzibati ərazisində həyata keçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirmək üçün təhlükəsiz yerdə, şəhər mərkəzindən aralıda bərk tullantılar poliqonu tikiləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyilib.
Məlumata görə, rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 60-65 min kubmetr olacaq. Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinin dəqiqləşdirilməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












