Ağstafada avtomobil körpüsü qəzalı VƏZİYYƏTDƏ… - VİDEO

Ağstafa rayon sakinləri ərazidə yerləşən avtomobil körpüsünün qəzalı vəziyyətdə olması ilə bağlı deyilənlərlə razılaşmırlar.
Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, sakinlərdən birinin sözlərinə görə, bir neçə ay əvvəl körpünün “qəzalı vəziyyətə düşdüyü” əsas gətirilərək avtomobil yolu bağlanıb.
Onun sözlərinə görə, bu yol vasitəsilə ətraf kəndlərdə yaşayan 20 mindən çox sakin hərəkət edir. Lakin yolun bağlanması səbəbindən insanlar çətinliklə üzləşib.
Alternativ yoldan istifadə edən sürücülər həmin marşrutun dar və yararsız olduğunu, hərəkətin çətinləşdiyini qeyd ediblər.
Sakinlərin iddiasına görə, sözügedən körpü təxminən 10 il əvvəl tikilib. Tikinti zamanı körpünün avtomobil yoluna birləşən hissəsində torpaq qatında boşluq yaranıb və zamanla bu hissədə çöküntü əmələ gəlib. Rəsmi qurumlar bunu əsas gətirərək körpünü qəzalı vəziyyətdə hesab ediblər.
Lakin yerli sakinlər düşünür ki, əgər yolun çökmüş hissəsində beton bərkitmə işləri aparılsa, körpü tam təhlükəsiz vəziyyətdə istismara verilə bilər. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlardan vəziyyətin yerində araşdırılmasını və körpünün bərpasını tələb edirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












