Ağsuda kişi bu yolla pul “uddu” - Məhkəməlik oldular

Ağsu şəhərində maraqlı hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini M.Hüseynov Nizami küçəsində yerləşən lotereya biletlərinin satışı köşkündə işləyən 69 yaşlı V.Həmidova saxtalaşdırılmış bilet təqdim edərək 100 manat uduş əldə etdiyini deyib. Bileti götürən V.Həmidov bir qədər sonra onun üzərindəki rəqəmlərin saxta olduğunu görüb və M.Hüseynovun arxasıyca onu söyüb.
Bundan sonra tanışı Hüseynovla əlaqə saxlayaraq Həmidovun onu söydüyünü bildirib. Nəticədə həmin şəxslər arasında mübahisə baş verib.
V.Həmidovun ictimai yerdə uca səslə söyüş söyməsi ilə bağlı onun barəsində protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bileti saxtalaşdırdığını etiraf edən M.Hüseynov imkanı olanda pulu geri qaytaracağını da söyləyib. V.Həmidov isə hər hansı xuliqanlıq əməli törətmədiyini bildirib.
Ağsu Rayon Məhkəməsinin qərarı ilə əməldə xəta müəyyən edilmədiyindən inzibati icraata xitam verilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












