Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşasını həyata keçirən şirkətin əməkdaşı döyülüb.
Avtosfer.az xəbər verir ki, hadisə Ağsu rayonunun Kalva kəndində yol tikintisi zamanı baş verib.
Rayon ərazisində fəaliyyət göstərən "Soyuqbulaq" restoranının sahibi Qorqud Məmmədov (soyad şərtidir - red.) şirkətin şəxsi heyət və texnikalarının qarşısını kəsərək yolun tikintisini dayandırmağı tələb edib. Sərxoş vəziyyətdə olan obyekt rəhbəri yolun bir hissəsinin ona məxsus restorana yaxın ərazidən keçdiyini iddia edib.
O, işçilərə bildirib ki, şirkətin rəhbəri əraziyə gəlməli və ona kompensasiya ödənilməlidir.
Əməkdaşlar sahibkarı sakitləşdirməyə çalışsalar da, Q.Məmmədov onlara məhəl qoymayıb və uzunluğu təxminən 1.7 metr olan armaturu götürərək şirkətin iş icraçısı Fərhad Ağayevə (soyad şərtidir - red.) hücum edib. Məmmədov iş icrasının başına və boyun nahiyəsinə həmin əşya ilə ağır xəsarətlər yetirib, həmçinin şirkətin texnikalarına ciddi ziyan vurub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, sahibkar isə oradan uzaqlaşa bilib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Q.Məmmədov yeri müəyyənləşdirilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Məmmədov 5 il azadlıqdan məhrum edilib./oxu.az
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










