Albaniyalı həmkarından İlham Əliyevə məktub

Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh bəyannaməsinin uğurla imzalanması münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Bu sənədin imzalanması iki ölkə arasında əməkdaşlığa və qarşılıqlı anlaşmaya yol açan tarixi bir mərhələdir. Sizin tərəfinizdən, eləcə də Amerika Birləşmiş Ştatları tərəfindən nümayiş etdirilən davamlı qətiyyəti və sadiqliyi yüksək dəyərləndiririk.
Fürsətdən istifadə edərək bir daha təsdiq edirəm ki, Albaniya Azərbaycanla dostluğa, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan, davamlı şəkildə inkişaf edən tərəfdaşlığa böyük əhəmiyyət verir.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə ölkələrimiz arasında əlaqələr bundan sonra da inkişaf edəcək və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və töhfələri daha da artacaqdır.
Cənab Prezident, sülh prosesinin davamlı uğuru və dost Azərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı və Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












