Almaniya tank və zirehli maşın alır - NATO-nun tələbi

NATO Almaniyadan növbəti 10 il ərzində 7 döyüş briqadasının yaradılmasını istəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bu tələbin icrası məqsədilə Almaniya müdafiə naziri Boris Pistorius, ölkə ordusunun komandanlığı ilə birgə, 1000 ədəd Leopard 2 tipli əsas döyüş tankı və 2500 GTX Boxer tipli zirehli döyüş maşını almağı nəzərdən keçirir.
Alınacaq texnikanın ümumi dəyərinin təxminən 25 milyard avro olduğu bildirilir. Satınalma qərarının isə bu ilin sonuna qədər veriləcəyi gözlənilir.
Qeyd edək ki, Almaniyada belə iri miqyaslı müdafiə alışı üçün Bundestaqdan xüsusi icazə alınması tələb olunur.
Almaniyanın bu addımı NATO-nun müdafiə potensialının artırılmasına ciddi töhfə verəcəyi vurğulanır.(manset.az)
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












