Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək

Almaniyada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının ölkəmizə ekstradisiyasına razılıq verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Elmir Elxan oğlu Nuriyevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyev özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldadıb, onların etibarından sui-istifadə edib. O, vətəndaşların mənzillərini təmir edəcəyinə dair yalan vədlər verməklə onlara xeyli miqdarda ziyan vurmaqda şübhəli bilinir.
Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində Elmir Nuriyevin Almaniya ərazisində olduğu yer müəyyənləşdirilib və onun saxlanılması təmin edilib.
Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəmizə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












