Altı vəkilə xəbərdarlıq edildi, birinin fəaliyyətinə xitam verildi

Azərbaycanda bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Bildirilib ki, “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












