Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olundu

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq İdarəsi üzrə 12 336 şəxs barəsində tətbiq olunub.
Avtosfer.az xəbər verir ki, amnistiya tətbiq olunan şəxslərin 4977-si müəyyən müddətə azadlıqdan məhrumetmə, 6613-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 734 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 13 nəfər və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1021-i böyük ictimai təhlükə törətməyən, 10 502-si az ağır, 813-ü ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 11 761-i kişi (onlardan 17-si yetkinlik yaşına çatmayan şəxslərdir), 575-i isə qadındır.
Amnistiya aktının icrası davam edir.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












