Amnistiyaya düşən 300-ə yaxın məhkum bu gün azad olunacaq - YENİLƏNİB

İcra olunan Amnistiya aktı probasiya ilə bağlı 10 mindən artıq şəxsə tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev deyib.
O bildirib ki, həmin şəxslərdən 7 min nəfəri azadlığın məhdudlaşdırılması cəzasına, digər 3 min nəfər isə digər cərimə, islah işləri və şərti cəzaya məhkum edilənlərdir:
"Amnistiya aktı dörd ay ərzində icra olunacaq. Biz gecə-gündüz çalışaraq, aktın icrasını təmin edəcəyik".
***14:23
Amnistiya aktı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
Avtosfer.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 20 nəfər azadlığa buraxılıb.
***13:06
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub.
Avtosfer.az xəbər verir ki, təcridxanadan bu gün 12 nəfər azadlığa buraxılıb.
***12:23
Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının icrası davam etdirilir.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Ombudsmanın, Milli Məclisin deputatı Zahid Orucun, media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.
Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.
Məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.
Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










