Amnistiyaya düşən şəxslərin sayı açıqlandı

Amnistiya aktının tətbiq edilən şəxslərin dairəsi ümumilikdə 18 min 355 nəfərdir. Onlardan 90 nəfəri xarici vətəndaşlardır.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda səsləndirib.
Onun sözlərinə görə, azadlıqdan məhrumetmə cəzasından 5066 nəfər azad edilib.
N. Əliyev bildirib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər, 18 yaşına çatmayanlar və s. 572 nəfərdir.
"Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslər 96, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin sayı 1081, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar 3386, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayanlar isə 503 nəfərdir".
N.Əliyev bildirib ki, amnistiya aktının tətbiqi ilə digər cəzalardan azad edilənlərin sayı 9 min 215 nəfərdir: "Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 min 703 nəfərə amnistiya aktı şamil olunub. İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilən 9, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 146, islah işləri cəzasına məhkum edilmiş 685, ictimai işlər cəzasına məhkum edilmiş 68 nəfərdir".
Böyük prokurorun sözlərinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, eləcə də cərimə cəzasına məhkum edilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, habelə 3000 manatadək cərimə cəzası təyin edilən şəxslərin sayı 604 nəfərdir.
"Şərti tətbiq edilmiş cəzalardan azad edilənlərin ümumi sayı 878 nəfərdir. Belə ki, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə alınanlar 826, digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə alınanlar 52 nəfərdir".
N. Əliyev qeyd edib ki, amnistiya aktı nəticəsində cəzaları 6 ay azaldılmış şəxslərin sayı 1537 nəfər olub.
Belə ki, az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər 1371, ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan 166 nəfərdir.
"Amnistiya aktı nəticəsində cinayət məsuliyyətindən azad edilənlər 1087 nəfərdir. İbtidai istintaq və təhqiqat orqanları tərəfindən 795, məhkəmələr tərəfindən isə 292 nəfərdir".
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










